Elvin Babazadə Yalnızlar Ölkəsi Sözləri

Elvin Babazadə Yalnızlar Ölkəsi Sözləri

[Bənd 1]
Mən, bu gün bir az daha qırılmış mən
Bir anda büsbütün yıxılmış mən
Xəyallarında çox yanılmış mən
Artıq bitmiş, bundan yorulmuş sən

Məni yerdən yerə vurdun, daha məhv etmə
İnan, alsan qəlbimi, qırsan dərd etməm
İstərsən, get, gözləmə məni, mən getməm
Ya da dur getmə

[Nəqərat]
Gözümün önündə bir rəsm
Qulaqlarımdadır səsi
Gedişini gördüyüm andan
Əlim, ayaqlarım əsir
Evimin içində yoxdur
Başqa bir kəsin nə kölgəsi
Bura bizim ev deyil, inan daha
Yalnızlar ölkəsi

Gözümün önündə bir rəsm
Qulaqlarımdadır səsi
Gedişini gördüyüm andan
Əlim, ayaqlarım əsir
Evimin içində yoxdu
Başqa bir kəsin nə kölgəsi
Bura bizim ev deyil, inan daha
Yalnızlar ölkəsi

[Bənd 2]
Nə zaman bizim ürəyimizə gələcək axı, de hüzur
Nə zaman
Mənə gərək olan axı sənsən, nə dünən, nə sabah
Axı sənin üzərində məni özünə çəkən nəsə var!
Dünya dar bizə, yar
İndi biz-bizə yad
Məni yora-yora bura qədər haralara atdın, həyat?
Yenə sağa-sola, dönə-dönə dua elə hər gecə, yat
Sən də dönə-dönə mənə görə bu sevgi dərdinə yan
Dünya dar mənə, yar

[Nəqərat]
Gözümün önündə bir rəsm
Qulaqlarımdadır səsi
Gedişini gördüyüm andan
Əlim, ayaqlarım əsir
Evimin içində yoxdur
Başqa bir kəsin nə kölgəsi
Bura bizim ev deyil, inan daha
Yalnızlar ölkəsi

Gözümün önündə bir rəsm
Qulaqlarımdadır səsi
Gedişini gördüyüm andan
Əlim, ayaqlarım əsir
Evimin içində yoxdur
Başqa bir kəsin nə kölgəsi
Bura bizim ev deyil, inan daha
Yalnızlar ölkəsi