İfrat & Şəbnəm Qəhrəmanova – Ara verək sözləri

İfrat & Şəbnəm Qəhrəmanova Ara verək sözləri

Söz, Mus: İfrat Dünyamalıyev

(Bənd)
Bir sevda ki bizi dəlilərə döndərir,
Hər günü üzüntülərdir.
Görənlər bizə bəxtəvər deyib göstərir,
Yalançı görüntülərdir.

(Bənd)
Nə sən dözürsən mənim bu qısqanmağıma,
Nə mən sənin şübhələrinə.
Biz xoşbəxtliyimizin qədrin bilmirik,
Hədiyyə edək özgələrinə.

Ara verək daha ara verək,
Axırımız necə olur görək.
Bir neçə müddət, ara verək,
Bizə görək, nələr edir fələk.

(Nəqarət)
Gəl bir az ara verək, aralana-aralana,
Axı nə qədər olar, yaralana-yaralana.
Gəl bir az ara verək, aralana-aralana,
Keçməsin ağ ömür, qaralana-qaralana.

Gəl bir az ara verək, aralana-aralana,
Axı nə qədər olar, yaralana-yaralana.
Gəl bir az ara verək, aralana-aralana,
Dəli elədin məni havalana-havalana.

(Bənd)
Nə səni qürurun qoyur ki deyəsən bağışla,
Nə mən deyirəm əhv etdim.
Çox zülüm etdim, üstünə gəlməklərlə,
Gülüşünü belə məhv etdim.

(Bənd)
Son duam budur mənsiz də üzün gülsün,
Allahım üzünə baxsın.
Mən bir daha çıxmasam da sənin önünə,
Məndən yaxşısı çıxsın.

Qoy əssin, küsgün kükək,
Ayrılaq bir az ara verək.
Yoxlayaq necə olur görək,
Ara verək bir az ara verək.