Turkan Velizade Seni Kulekden Sorusdum Sözləri

Turkan Velizade Seni Kulekden Sorusdum Sözləri 2022

Sevgilim qara gecələr kimi zülfün qaradır
Həsrətin məni məhf etməyə imkan yaradır
Sənsizlik məni elə hala salıb ümüdümü elə üzülüb
Ürəyim para paradır

Gəl artıq sənsiz həyatın dadı yox tamı yox
Dərdim çox bir dərd ki onun heç əncamı yox
İllərdi sənsiz yaşayıb anlamışam ki
Yaşamağın anlamı yox

Səni küləkdən soruşdum ah çəkib qəmli nəğmələr qoşdu
Səni dənizdən soruşdum bir həzinliklə dalğalar coşdu
Səni yetəndən soruşdum kimsə bir cavab vermədi könül
Odlara tutuşdu

Yerdə külək dağıdsa saçının ətrini yanaram
Göydə günəş gül üzünə gülsə elə odlanaram
Neynim axı yerə-göyə sığmayan eşqimlə səni
Yere-göyə qısqanaram

Gəlməsən yaşı gözlerimin durmadan axacaq
Tutmasan tutub ellerimi özgəsi sıxacaq
Gözlərin məni tərk etdiyin o uzun yollara
Gecə-gündüz baxacaq

Səni küləkdən soruşdum ah çəkib qəmli nəğmələr qoşdu
Səni dənizdən soruşdum bir həzinliklə dalğalar coşdu
Səni yetəndən soruşdum kimsə bir cavab vermədi könül
Odlara tutuşdu